Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin təşkilatçılığı ilə Astara rayon Mərkəzi kitabxanasında informasiya-kommunikasiya texnologiyalarının (İKT) regionlarda inkişafı ilə bağlı səyyar seminar keçirilib. Mədəniyyət və Turizm şöbəsinin müdiri Şadoğlan Bayramov tədbiri açaraq internetin insanların həyatında mühüm rol oynamasından danışıb.
Elmi-Metodik Mərkəzin İnnovasiyalar və yeni texnologiyaların tətbiqi şöbəsinin əməkdaşı, metodist Pərvanə Hüseynova mərkəzin strukturu, internet saytı, sosial şəbəkələrdə səhifələri, “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu” haqqında məlumat verib. Şöbənin baş metodisti Toğrul Hidayətzadə mədəniyyət müəssisələrində İKT-nin tətbiqi imkanları, avadanlıq və proqram təminatları haqqında danışıb. Mərkəz tərəfindən hazırlanmış metodiki tövsiyələrin təqdimatı keçirilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar