Samux rayonundakı Heydər Əliyev Mərkəzində Respublika Günü münasibətilə “Əbədi ezamiyyət” filminin təqdimatı olub. Mərkəzin direktoru Aygün Həsənzadə çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin tarixi haqqında danışıb. Mərkəzlə əməkdaşlıq edən bir neçə məktəb direktoru, müəllim və istedadlı gənclərə diplom və hədiyyələr təqdim olunub.
Sonra “Əbədi ezamiyyət” filmi nümayiş olunub. Xalq Cümhuriyyəti parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam olunmuş nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edən film maraqla qarşılanıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar