Astara rayon Mərkəzi kitabxanasının təşkilatçılığı ilə Dənizkənarı park-bulvarda səyyar kitabxana xidməti təşkil edilib.
Səyyar kitabxana xidmətinin məqsədi kitabxanalara daha çox oxucu cəlb etmək, onların kitaba, ədəbiyyata marağını artırmaq, yeni nəşr olunan əsərlərlə əhalini tanış etməkdir.
Xidmət zamanı tarixə, milli-mənəvi dəyərlərimizə, bədii ədəbiyyatımıza, mədəniyyətimizə və xalq ədəbiyyatımıza, uşaq ədəbiyyatına dair 300-dən çox kitab nümayiş olunub.
Oxuculara Azərbaycan ədəbiyyatı ilə yanaşı, xarici ədəbiyyat nümunələri də təqdim olunub.
Növbəti səyyar kitabxananın rayonun digər turizm obyektlərində təşkil olunması nəzərdə tutulur.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar