Qax rayon uşaq incəsənət məktəbinin S.Vurğun adına Mədəniyyət mərkəzində hesabat konserti keçirilib. Tədbir iştirakçıları öncə məktəbin təsviri incəsənət şöbəsinin müəllim və şagirdlərinin əl işləri və rəsmləri ilə tanış olublar.
Konsert müəllimlərin iştirakı ilə hazırlanmış vətənpərvərlik mövzusunda kompozisiya ilə başlayıb. Sonra şagirdlərdən ibarət xalq çalğı alətləri ansamblı səhnəyə çıxıb. Ansambl üzvlərinin ifasında xalq və bəstəkar mahnıları səslənib. Xoreoqrafiya şöbəsi şagirdlərinin ifa etdiyi bir-birindən gözəl quruluşlu rəqslər, oğlanlardan ibarət rəqs qrupunun çıxışları alqışlara səbəb olub. Skripka, fortepiano, tar və kamançada şagird və müəllimlərin ifası da maraqla qarşılanıb.
Tədbirin sonunda məktəbin direktoru X.İmamova və rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri vəzifəsini icra edən D.Əzizova çıxış edərək məktəbin əldə etdiyi uğurlardan danışıblar. Tədris ilində uğurlar əldə etmiş şagird və müəllimlərə xatirə hədiyyələri, fəxri fərmanlar təqdim olunub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar