Gəncədə yerli sakinlərin və şəhərə gələn qonaqların istirahətinin maraqlı və yaddaqalan keçməsi üçün daha bir əyləncə mərkəzi fəaliyyətə başlayıb. Heydər Əliyev park kompleksinin 10 hektara yaxın ərazisində yaradılan “GəncLand” Qafqazın ən böyük ailə-uşaq istirahət-əyləncə mərkəzi hesab olunur.
Əyləncə mərkəzində bütün yaşda olan uşaqlar, yeniyetmə və gənclər üçün 30 müxtəlif attraksion, kinoteatrlar, atçılıq klubu, futbol meydançaları, ailəvi kafe və restoranlar fəaliyyət göstərir. Həmçinin hündürlüyü 50 metr olan “Ətrafa baxış” dairəvi karuseli, digər əyləncə vasitələri istirahət mərkəzini ekstremal macəra axtaranlar və adrenalin həvəskarları üçün ideal məkana çevirir. Burada müxtəlif heyvan və quş heykəlləri, fiqurlar, eləcə də uşaqların cizgi filmlərindən yaxşı tanıdıqları personajların və nağıl qəhrəmanlarının heykəlləri qurulub.
Mərkəzə gələnlər attraksion və restoran xidməti istisna olmaqla, parkda ödənişsiz istirahət edə, amfiteatr tamaşalarını, eləcə də müxtəlif əyləncə və konsert proqramlarını izləyə bilərlər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar