Gəncə Musiqi Kollecinin tələbələri Gəncə Dövlət Dram Teatrının səhnəsində Sabit Rəhmanın və Emin Sabitoğlunun “Hicran” tamaşasını nümayiş etdiriblər. Tamaşa Xalq artisti, Dövlət mükafatı laureatı, görkəmli aktrisa Nəsibə Zeynalovanın 100 illik yubileyinə həsr olunub.
Kollecin həvəskar tələbə-aktyorları rollarının öhdəsindən uğurla gəliblər. Onlar obrazlarında yer alan mahnı və rəqsləri məharətlə ifa edib, əsərin qəhrəmanlarını tamaşaçılara sevdirməyə çalışıblar.
Kollecin direktor müavini Fatma Qafarzadə bildirib ki, “Hicran” musiqili komediyası üç korifey sənətkarın - Nəsibə Zeynalova, Hacıbaba Bağırov və Siyavuş Aslanın möhtəşəm ifaları ilə teatrsevərlərin xatirələrində bu gün də yaşayır. Belə bir əsərə müraciət etmək tələbələrimizdən böyük məsuliyyət və zəhmət tələb edirdi. Tamaşanın alqışlarla qarşılanması sübut etdi ki, tələbə-aktyorlar məsuliyyətli işlərinin öhdəsindən layiqincə gəliblər.
Qeyd edək ki, Gəncə Dövlət Dram Teatrının rejissor və aktyorları tamaşanın hazırlanmasında tələbələrə yaxından köməklik göstəriblər.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar