Samux rayon Heydər Əliyev Mərkəzinin dəstəyi ilə 15 iyun - Milli Qurtuluş Günü münasibətilə istedadlı yeniyetmə rəssam Xumar Kazımlının fərdi sərgisi keçirilib.
Sərgidə təbiət mənzərələri, portretlər, dekorativ kompozisiyalardan ibarət 30-dan çox əl işi nümayiş olunub. Əsərlər rəngkarlıq və qrafika janrlarında işlənilib.
Tədbirdə çıxış edən qonaqlar yeniyetmə rəssamın əl işlərini yüksək qiymətləndirib, ona yaradıcılıq uğurları arzulayıblar. Mərkəzin adından Xumar Kazımlıya fəxri fərman və hədiyyə təqdim edilib.
Onu da qeyd edək ki, X.Kazımlı Samux rayon İnstitut qəsəbəsində yaşayır, qəsəbə tam orta məktəbin 7-ci sinif şagirdidir, həmçinin rəssamlıq məktəbində təhsil alır.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar