Hacıqabul şəhər Folklor klubunda azsaylı xalqların nümayəndələri ilə görüş keçirilib. “Multikulturalizm həyat tərzimizdir” adlı tədbirə rayonda yaşayan ləzgi, alman, rus, moldavan, avar, tatar, eston xalqlarının nümayəndələri qatılıb.
Tədbiri Mədəniyyət və Turizm şöbəsinin müdiri Elnur Əmiraslanov açaraq qeyd edib ki, Azərbaycanda müxtəlif millətlərin nümayəndələri əmin-amanlıq, qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Heydər Əliyev Mərkəzinin direktoru Aytən Zülfəliyeva, 3 saylı tam orta məktəbin müəllimi Mübariz Xəlilov, Mərkəzi kitabxananın işçisi Gülzadə Rəşidova çıxış ediblər.
Tədbirin bədii hissəsində şəhər musiqi məktəbinin və 7 saylı tam orta məktəbin şagirdlərinin, “Fidanlar” uşaq bağçası körpələrinin ifasında müxtəlif xalqların mahnı və rəqsləri, 4 saylı tam orta məktəbin şagirdlərinin ifasında şeirlər səslənib. Sonda Heydər Əliyev Mərkəzinin rəsm dərnəyi üzvlərinin çəkdikləri müxtəlif ölkələrin bayraqları nümayiş olunub.









Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar