Mədəniyyət sahəsində QHT-lərin fəaliyyətinin dəstəklənməsi məqsədilə 2016-cı il üçün Mədəniyyət və Turizm Nazirliyinin elan etdiyi müsabiqənin qaliblərindən olan “Bizim Gənclik” İctimai Birliyi tərəfindən "Azərbaycanın multikulturalizm modeli: etnik dəyərlər və müasirlik" layihəsi çərçivəsində Balakən rayonunda tədbirlər keçirilib.
Tədbirlərdə rayon İcra Hakimiyyətinin, Mədəniyyət və Turizm şöbəsinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri, yazarlar, gənc müəllimlər və şagirdlər iştirak ediblər.
Rayon Mədəniyyət və Turizm şöbəsinin baş məsləhətçisi Sevda Yusibova və “Bizim Gənclik” İctimai Birliyinin sədri Sona Əlizadə layihə barədə danışıblar. Tədbir iştirakçılarına BMT Təhlükəsizlik Şurasının tarixində ilk dəfə olaraq “Gənclər, sülh və təhlükəsizlik” üzrə qəbul etdiyi 2250 nömrəli qətnaməsi haqqında məlumat verilib, ölkəmizdə aparılan multikulturalizm siyasətindən söz açılıb, mövzu ilə bağlı məruzələr dinlənilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar