Lənkərandakı Heydər Əliyev Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad rayonlarında yerləşən dövlət rəsm qalereyalarının əməkdaşları üçün treninq keçirilib.
İştirakçılara Azərbaycan və dünya incəsənət tarixi, incəsənət əsərinin bərpa məsələləri, ekspozisiya və sərginin təşkili, kompüter və internet resurslarından istifadə, qalereya idarəetməsinin əsasları mövzularında təlim keçiblər.
Treninqi nazirliyin İncəsənət şöbəsinin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov, Azərbaycan Milli İncəsənət Muzeyinin baş bərpaçı rəssamı, Əməkdar rəssam Natiq Səfərov, AMEA-nın əməkdaşı Ayaz Məmmədov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi Samir Sadıqov, Azərbaycan Dövlət Rəsm Qalereyasının mütəxəssisi Nərgiz Əsgərova aparıblar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar