Daşkəsən rayonunda mədəniyyət müəssisələri rəhbərlərinin iştirakı ilə işçi müşavirə keçirilib. Müşavirə zamanı rayonda dövlət mədəniyyət və turizm siyasətinin həyata keçirilməsi istiqamətində görülmüş işlər geniş müzakirə edilib, mədəniyyət ocaqlarının fəaliyyəti təhlil olunub, fikir mübadiləsi aparılıb.
Çıxış edənlər təmsil etdikləri müəssisələrin mövcud vəziyyəti barədə məlumat verib, problemlərin aradan qaldırılması istiqamətində təkliflər irəli sürüblər.
Müşavirədə “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2014-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın mədəniyyət işçiləri tərəfindən dərindən öyrənilməsi zərurəti xüsusi vurğulanıb.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar