Xaçmazda beynəlxalq festival keçiriləcək

İyunun 24-də Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzi və Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Multikultural dəyərləri yaşadaq” adlı beynəlxalq festival keçiriləcək.
Ölkə Prezidenti tərəfindən 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi çərçivəsində Xaçmaz şəhərində təşkil olunacaq festivalın məqsədi Azərbaycanda tarixən mövcud olan multikultural dəyərlərin yaşadılması və təbliğidir.
Tədbir zamanı ölkəmizdə yaşayan milli azlıqların folklor musiqisindən ibarət “Bizim vətənimiz Azərbaycandır” konsert proqramı təqdim olunacaq, milli idman növləri nümayiş etdiriləcək. Bununla yanaşı, festival iştirakçıları milli azlıqların mədəniyyətini tərənnüm edən tətbiqi sənət əsərləri, kulinariya, folklor, musiqi, xalçaçılıq və digər el sənəti nümunələrindən ibarət sərgi, “Azərbaycan - dünya multikulturalizminin ünvanlarından biridir” adlı rəsm sərgisi, uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin iştirakı ilə konsertin təşkili də nəzərdə tutulub.
Festival zamanı “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu” üzvlərinin iştirakı ilə “Multikulturalizmin alternativi yoxdur” adlı elmi-praktik konfrans da keçiriləcək.









Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar