Qax rayonunun Qum kəndində tut festivalının keçirilməsi ənənəyə çevrilməkdədir. Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə ikinci dəfə keçirilən “Bəsləsən atlas olar tut yarpağından” adlı festivalda əsasən tutdan hazırlanan mətbəx nümunələri və məhsullar nümayiş olunub.
Festival tut ağacından meyvənin yığılması ilə başlanıb. Sonra iştirakçılar tutdan müxtəlif mətbəx nümunələrinin, o cümlədən bəkməz, irçal və şirniyyatların, habelə tutlu plovun hazırlanması prosesi ilə əyani şəkildə tanış olublar. Rayonun ayrı-ayrı kənd mədəniyyət müəssisələri tərəfindən təqdim edilən tutdan hazırlanmış geniş çeşiddə təamlar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Tədbir çərçivəsində xalq tətbiqi sənət nümunələrindən ibarət sərgi də nümayiş etdirilib. Rayon Mədəniyyət mərkəzinin “Arzu” xalq kollektivinin təqdim etdiyi musiqi çələngi festival iştirakçılarında xoş ovqat yaradıb.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar