Goranboy rayon Mərkəzi kitabxanasının Oxu zalında 26 iyun - Beynəlxalq Narkomaniya və Narkobiznesə Qarşı Mübarizə Günü münasibətilə “Gələcəyimizi məhv olmaqdan qoruyaq” mövzusunda elmi-praktik konfrans keçirilib.
Fəal oxucuların, məktəbli və gənclərin qatıldığı tədbirdə MKS-nin direktoru Gülnarə Nəsibova bəşəri bəlaya qarşı beynəlxalq mübarizə, respublikamızda bu sahədə görülən tədbirlər, ölkə başçısının müvafiq sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” barədə danışıb.
Rayon Polis şöbəsinin inspektoru Bəxtiyar Quliyev, kitabxananın xidmət şöbəsinin müdiri Səidə Abdullayeva, oxu zalının müdiri Sevda Əliyeva mövzu ilə bağlı çıxış ediblər.
* * *
Zaqatala rayon Nizami Gəncəvi adına Mərkəzi kitabxanasında da əlamətdar günlə bağlı “Dünyanı, insanları fəlakətdən qoruyaq” adlı konfrans təşkil olunub.
Kitabxananın direktoru Gülniyar Məmmədova, kitabxananın əməkdaşları Günəş Qafarova, Məmləkət Ömərova, Gülmə Balaxlinskaya, Leyla Mustafayeva çıxış ediblər. Rayon Mərkəzi xəstəxanasının baş narkoloq həkimi Etibar Məmmədov narkomaniya və onun fəsadları haqqında ətraflı məlumat verib.
Tədbir iştirakçıları “Narkomaniya bəşəriyyətin bəlasıdır” adlı filmə baxıblar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar