Qəbələ rayonunda yay mövsümündə turistlərə mədəni xidmətlərin təşkilinə dair tərtib olunmuş tədbirlər planına əsasən Qəbələ Dövlət Rəsm Qalereyası silsilə tədbirlər keçirir. Bu qəbildən tədbir kimi “Qəbələnd" istirahət və əyləncə mərkəzində həvəskar rəssam Ruzanna Bəşirovanın əl işlərindən ibarət fərdi sərgi təşkil olunub.
Qalereya tərəfindən daha bir sərgi "Tufandağ" Qış-Yay İstirahət Kompleksində keçirilib. Sərgidə rayonun tanınmış rəssamlarının müxtəlif mövzularda əl işləri nümayiş olunur. Sərginin nümayişi 8 iyul tarixinədək davam edəcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar