İyunun 28-də Qəbələ rayonunda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nəşri olan “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının təqdimatı keçirilib.
Mədəniyyət və Turizm Nazirliyi, AMEA və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Qəbələ, Qax, Zaqatala, Balakən, Şəki və Oğuz rayonlarının mədəniyyət və turizm şöbələrinin əməkdaşları, kitabxanaçılar iştirak ediblər.
Mərasimdə kitabın müəlliflərindən biri, AMEA Dilçilik İnstitutunun direktoru, professor Möhsün Nağısoylu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin məsul işçisi Yadigar Məmmədli, Qəbələ Rayon İcra Hakimiyyətinin şöbə müdiri Yaşar Nəzirov, Mədəniyyət və Turizm şöbəsinin müdiri Nargilə Qafarova çıxış edərək multikulturalizmin ölkəmizdə dövlət siyasətinin önəmli istiqamətlərindən biri olduğunu vurğulayıb, bu sahədə görülən işlərdən bəhs ediblər.
Təqdim olunan kitabın Azərbaycan multikulturalizmini dünyaya tanıtmaq baxımından əhəmiyyəti qeyd olunub. Azərbaycan multikulturalizmini ədəbiyyat, mədəniyyət müstəvisində öyrənmək üçün bu kitab mükəmməl mənbədir. Kitab Azərbaycan ədəbiyyatının bütün əsrlər boyu humanizm mövqeyində dayandığını, insanpərvərlik, ədalət carçısı, birlik-bərabərlik ideyalarının təbliğatçısı olduğunu çox aydın şəkildə göstərir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar