Milli Qəhrəmana həsr olunmuş xatirə gecəsi

Neftçala rayon Mərkəzi kitabxanasının Uşaq şöbəsində Azərbaycanın Milli Qəhrəmanı Zakir Məcidovun 60 illiyi ilə əlaqədar “Məğrur şahin” adlı xatirə gecəsi keçirilib.
Tədbirdə şöbənin müdiri G.Abdulhüseynova, kitabxananın əməkdaşı Z.Məmmədova qəhrəmanın həyatı və keçdiyi döyüş yolundan söhbət açıblar. Qeyd olunub ki, Neftçala rayonu Qarabağ müharibəsində 170-dən çox şəhid verib. Onlardan üçü - Zakir Məcidov, Xanoğlan Məmmədov və Samid İmanov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Sonra Zakir Məcidova və aprel döyüşlərində həlak olmuş neftçalalı Milli Qəhrəman Samid İmanova və Elmdar Səfərova həsr edilmiş video-slayd nümayiş olunub. Milli Qəhrəmana həsr olunmuş kitablar oxuculara təqdim edilib.
Xatirə gecəsində Milli Qəhrəmanların yaxınları iştirak ediblər.
Neftçala şəhər Samid İmanov adına 1 saylı orta məktəbin 4-cü sinif şagirdlərinin ifasında şeirlər səslənib, bədii kompozisiyalar nümayiş etdirilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar