AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Nəcəf Müseyibli bildirib ki, hazırda Şəmkir və Qəbələ rayonlarının ərazilərində arxeoloji tədqiqatlar aparılır.
Onun sözlərinə görə, Almaniya alimləri ilə Ağcabədi və Şəmkirdə, Yaponiya mütəxəssisləri ilə Tovuzda, Koreya arxeoloqları ilə qədim Qəbələ şəhər yerində, Fransa alimləri ilə Naxçıvan və Tovuz rayonunda arxeoloji tədqiqatlar aparılacaq.
Son illərin arxeoloji araşdırmaları barədə danışan mütəxəssis vurğulayıb ki, Mingəçevir ətrafında, Şəki və Zaqatala rayonlarında aparılmış qazıntılar nəticəsində 450-500 min il yaşı olan ibtidai insan məskənləri üzə çıxarılıb. Bu arxeoloji qazıntılar tariximizin öyrənilməsində böyük önəm kəsb edir.

S.Qaliboğlu







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar