Culfa rayonu ərazisində, Nehrəm dağ silsiləsində bir neçə yeni arxeoloji abidə aşkarlanıb. AMEA Naxçıvan Bölməsi Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Toğrul Xəlilovun bildirdiyinə görə, əldə olunmuş yerüstü arxeoloji materiallar orta əsrlərə aid şirli və şirsiz gil qab qırıqlarıdır.
Naxçıvanda Səfəvi hökmdarı Şah Abbasla bağlı xeyli arxeoloji materiallar dövrümüzədək gəlib çatıb. Culfa rayonunun Gülüstan kəndi yaxınlığında, Araz çayı üzərində salınmış Şah Abbas körpüsü, Ordubadın Yuxarı Əylis kəndindəki Şah Abbas məscidi, Ordubad şəhərindəki Cümə məscidinin giriş hissəsindəki kitabə və s. mühüm tarixi dəyərə malikdir. Naxçıvanın Səfəvilər dövlətinin tərkibində olması bir çox sahələr kimi, bölgənin mədəni həyatına da öz təsirini göstərib, Səfəvi hökmdarlarının adları ilə bağlı abidələr yaranıb.
T.Xəlilov bildirib ki, qayaüstü təsvirlərin hamısı təbii daşların üzərində cızma üsulu ilə, sxematik xarakterdə, mürəkkəb kompozisiyada çəkilib. Ən çox dairəvi və yarımdairəvi rəsmlərdən, həmçinin svastika, nöqtələr, sxematik xarakterli işarələrdən də istifadə olunub. Nöqtələrdən ibarət işarələr, svastika, qoşa dairə rəsmləri dünyanın müxtəlif yerlərində (Sibirdə, Qeqam dağlarında və s.) olduğu kimi, Gəmiqayada da qeydə alınıb. Gəmiqaya abidəsindəki belə qayaüstü təsvirlərin tunc dövrünə aid olduğu təsdiqini tapıb. Dairənin ikiyə bölünməsinin gecə və gündüzü bildirməsi, svastika rəsminin günəşi simvolizə etməsi və s. ilə bağlı elmdə müxtəlif fikirlər var.
Qeydə alınmış qayaüstü təsvirlərdən bir qrupunun mənbələrdə damğa kimi işlədilməsi də bəllidir. Bu təsvirlərdə insanların astral inamları ilə yanaşı, qədim türk mədəniyyətinə aid damğa elementlərinin müşahidə olunması Naxçıvanın prototürk mədəniyyətinin mərkəzlərindən biri olduğunu sübut edir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar