“Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi, qarşıda duran vəzifələrlə bağlı iyulun 12-də Lənkəran və Lerik rayonlarında ictimai dinləmələr keçirilib.
Lənkəranda Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Dadaşov, ombudsman Elmira Süleymanova Milli Fəaliyyət Proqramından irəli gələn vəzifələrlə əlaqədar görülən işlərdən bəhs edib.
Müzakirələrdə Darquba kənd orta məktəbinin direktoru Mais Kazımov, Lənkəran şəhər 1 nömrəli orta məktəbin direktoru Nəzakət Abdullayeva, Rvo kənd bələdiyyəsinin sədri Kamal Hüseynov və başqaları çıxış ediblər.
Lerik rayon Mədəniyyət mərkəzində təşkil olunan dinləmədə İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, ombudsman Elmira Süleymanova çıxış ediblər.
Rayon Ağsaqqallar şurasının sədri Həmzə Vəliməmmədov, Polis şöbəsinin rəisi Hüseynəli Məlikov, Uzunömürlülər Muzeyinin direktoru Dilarə Fətullayeva və başqaları insan hüquq və azadlıqlarının həyata keçirilməsində rayonda görülmüş işlərdən danışıb, mövcud problemlərlə bağlı təkliflərini bildiriblər.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar