Siyəzəndə Ədliyyə Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin (AYB) birgə təşkilatçılığı ilə yazıçı Əlisəfa Azayevin anadan olmasının 65 illiyi münasibətilə yubiley tədbiri keçirilib.
Tədbirdə çıxış edənlər yazıçının yaradıcılıq axtarışlarından söz açıblar. Bildirilib ki, Əlisəfa Azayev ədəbi yaradıcılığa ötən əsrin 70-ci illərində başlayıb. Hekayə və povestlərinin çoxunu macəra-detektiv janrında yazır. Onun “Yeddi il sonra”, “Çin qızılgülü”, “Gözlənilməz hadisə”, “Sirli qətl”, “Qürbət ellərdə”, “Bayıl məhbusu” və s. kitabları oxucular tərəfindən maraqla qarşılanıb.
Tədbirdə yubilyara PEN klubun təsis etdiyi “İsmayıl bəy Qutqaşınlı” mükafatı təqdim olunub.
Sonda Əlisəfa Azayev tədbirin keçirilməsində xidməti olanlara və iştirakçılara minnətdarlığını bildirib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar