İyulun 15-də Lənkəran Dövlət Dram Teatrı özünün 125-ci mövsümünü başa vurub. Bu münasibətlə keçirilən mərasimdə teatrın direktoru Tofiq Heydərov, baş rejissoru Tural Mustafayev, Xalq artisti Böyükxanım Əliyeva, əməkdar artistlər Təvəkkül Əliyev və Zemfira Nəcəfova çıxış edərək mövsümdə qazanılmış uğurlar və növbəti mövsümdə qarşıda duran vəzifələrdən söz açıblar. Daha sonra teatrın bir qrup əməkdaşı ilin yekunlarına görə diplomlarla təltif olunub.
Rəsmi hissədən sonra yazıçı-dramaturq Əli Əmirlinin “Köhnə ev” tamaşası nümayiş olunub. Əməkdar artist Adil Zeynalovun quruluş verdiyi səhnə əsərində ata və övladın qarşılıqlı münasibətlərindən bəhs edilir. Tamaşanın səhnə tərtibatı rəssam Məzaim Qurbanovun, musiqi tərtibatı Fərahim Fərəcovundur. Rolları Xalq artisti Qabil Quliyev, aktyorlar Şahrud Mehdiyeva, Təranə Fərəcova, Sayad Əliyev və digərləri ifa ediblər.
* * *
Qazax Dövlət Dram Teatrı 78-ci mövsümü Cəfər Cabbarlının “Solğun çiçəklər” əsərinin tamaşası ilə başa vurub. Əsər Xalq artisti Zülfüqar Abbasovun quruluşunda səhnələşdirilib.
Mədəniyyət mərkəzində göstərilən tamaşada rolları teatrın aparıcı aktyorları Xanım Məmmədova, Nazilə Məmmədova, İlqar Hacəliyev, gənc aktyorlar Zəmanə Orucova, Yusif Qoca və Nəsimi Aşbazov ifa ediblər.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar