Sumqayıt şəhər Səməd Vurğun adına Mərkəzi kitabxana və uşaq şöbəsinin təşkil etdiyi “Yay məktəbi” silsilə tədbirlər keçirib.
Şəhər Mədəniyyət evinin qarşısındakı parkda “Yaya kitabla” devizi altında keçirilən sərgidə Azərbaycan və xarici ölkə yazarlarının əsərləri və dövri mətbuat nümunələri oxuculara təqdim olunub.
Kitabxananın uşaq şöbəsi tərəfindən təşkil edilən “Kitabxana ilə istirahət“ (açıq səmada oxu zalı) adlı tədbirdə “Oxu skamyası“ adı altında sərgi, nağıl qəhrəmanlarının personajları ilə bəzədilən plakatlar və ağaclardan asılan kitablar şəhərin azyaşlı sakinləri tərəfindən maraqla qarşılanıb.
Bundan əlavə, uşaq bağçalarında da eyni səpkili tədbirlər keçirilib. “Yay+kitab= Mən“ adlı əyləncəli tədbirlər yay mövsümü müddətində davam edəcək.
* * *
Neftçala rayon Mərkəzi kitabxanasında təşkil olunmuş yay məktəbi müxtəlif yaşda olan uşaqları əhatə edib. Məktəbəqədər, 2-4-cü 5-8-ci sinif şagirdləri ilə MKS-nin əməkdaşları məşğul olurlar. Kiçik siniflərlə məntiqi cəhətdən uşaqları inkişaf etdirən “Məstanın dərsliyi” və nağıl kitablarından, böyüklər üçün isə klassik ədəbiyyatımızdan Nizami Gəncəvinin həyat və yaradıcılığından danışılıb, rəqəmlərin sirləri haqqında məlumat verilib, uşaqların bilikləri yoxlanılıb.
* * *
Quba MKS-nin Mərkəzi kitabxanasının uşaq şöbəsinin təşkilatçılığı ilə şəhər 7 saylı körpələr evi-uşaq bağçasında “Nağıl saatı” keçirilib. “Nağıl saatı”nda “Sehrli dünya“ uşaq jurnalından istifadə olunub. Kitabxananın əməkdaşları uşaqların sevimli yazarları olan Gülzar İbrahimovanın, Sevinc Nuruqızının nağıllarını oxuyublar. Bundan əlavə, uşaqlar üçün “səsli nağıllar”dan “Turpun nağılı”, “Tərs keçilər”, “Lovğa tülkü” və s. səsləndirilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar