Qəbələdə beynəlxalq konfrans keçiriləcək

İyulun 20-də Qəbələdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Müəllif Hüquqları Agentliyi və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasının birgə təşkilatçılığı ilə “Alban Apostol kilsəsinin keçmişi və bugünü” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
“Multikulturalizm ili” çərçivəsində tədbirlər planına uyğun olaraq keçirilən konfransda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, albanşünas mütəxəssislər, tarixçilər, ziyalılar iştirak edəcəklər.
Konfransın plenar iclaslarında Azərbaycan tarixinin orta əsrlər mədəniyyətinin nümunələrindən olan Alban Apostol kilsəsi haqqında ətraflı məlumat veriləcək. Qafqaz Albaniyası və Alban Apostol kilsəsi, Qafqaz Albaniyasının dini arxitekturasında xristian və islam motivlərinin simbiozu, Qafqaz Albaniyasının mədəni irsinin erməniləşdirilməsi, 1836-cı ildə Alban kilsəsinin ləğv edilməsindən sonra udinlərin dini və etnik vəziyyəti və digər məsələlərlə bağlı məruzələr dinləniləcək və müzakirələr aparılacaq. Konfrans iştirakçılarının Nic qəsəbəsinə səfər edərək Müqəddəs Yelisey Alban kilsəsi ilə tanışlığı da nəzərdə tutulub.
Konfransdan sonra “Udi mədəniyyət günü”nə həsr olunmuş tədbirlər keçiriləcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar