Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəz və AMEA Milli Azərbaycan Tarix Muzeyi arasında imzalanmış memoranduma əsasən bölgələr üzrə təlimlər başlanıb.
İyulun 19-da Tərtərdəki Heydər Əliyev Mərkəzində 12 rayonun tarix-diyarşünaslıq muzeylərinin işçiləri üçün fond və ekspozisiya işinin təşkili mövzusunda ilk təlim keçirilib.
Elmi-Metodik Mərkəzin əməkdaşları Pakizə Almazova və Nurəddin Babayevin apardığı təlimlərdə Milli Azərbaycan Tarixi Muzeyinin elmi fond işləri üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Məhfuzə Zeynalova, muzeyin Silahlar və bayraqlar fondunun müdiri, tarix üzrə fəlsəfə doktoru Sevinc Vahabova məruzələrlə çıxış ediblər.
Tədbirin əsas hədəfi fond və ekspozisiya işinin səmərəli və müasir tələblərə uyğun təşkilidir. Bu istiqamətdə beynəlxalq təcrübə və mövcud qanunvericilik haqqında geniş söhbət açılıb. Mövcud problemlər haqqında iştirakçılar arasında fikir mübadiləsi aparılıb. Mövzu üzrə ixtisaslaşmış alimlərlə mütəmadi görüşlərin tarix-diyarşünaslıq muzeylərinin işinə müsbət təsir edəcəyini bildirən iştirakçılar təlimlərin davam olunmasının zəruriliyini qeyd ediblər.
Sonda muzey işçiləri xüsusi sertifikatlarla təltif olunub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar