Əsası 1875-ci il iyulun 22-də görkəmli maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən qoyulan, zəngin tarixi ənənələrə malik Azərbaycan milli mətbuatının 141 ili tamam olur.
Bu münasibətlə Zərdab rayon Mərkəzi kitabxanasının Oxuculara xidmət şöbəsi Həsən bəy Zərdabinin ev-muzeyində tədbir keçirib.
İştirakçılar əvvəlcə muzeylə tanış olublar. Muzeyin əməkdaşı Leyla Əliyeva Zərdabinin həyat və fəaliyyəti haqqında geniş məlumat verib.
Muzeyin direktoru Vəfa Bayramova tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, Azərbaycan milli mətbuatının formalaşmasından geniş bəhs edib. Zərdab rayon MKS-nin direktoru Nailə Əliyeva, Oxuculara xidmət şöbəsinin müdiri Mehparə Səfərəliyeva, 36 saylı şəhər kitabxana filialının müdiri Xanım Abışova və başqaları azad sözün və azad fikrin keçdiyi tarixi inkişaf yolu və bugünkü vəziyyəti barədə danışıb, jurnalistika sahəsində əldə olunan uğurlardan söz açıblar.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar