Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzi və Culfa Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə rayondakı “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinin qarşısında “Xalq yaradıcılığı günü” təşkil olunub.

Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Füzuli Hüseynli, Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin şöbə müdiri Nizami Əzizəliyev çıxış ediblər. Qeyd olunub ki, xalqımız tarix boyu zəngin xalq yaradıcılığını, milli dəyərlərini, adət-ənənələrini qoruyub saxlayıb. Azərbaycanın hər yerində olduğu kimi, muxtar respublikanın bölgələrində xalq yaradıcılığının müxtəlif sahələrinə yeni həyat verilir. Xalq sənətinin və yaradıcılığının ağacişləmə, xalçaçılıq, papaqçılıq, dülgərlik, dəmirçilik, toxuculuq, zərgərlik, misgərlik sahələri ilə yanaşı, qədim rəqslərimiz, xalq oyunlarımız və mərasim tamaşalarımız yaşadılır. Bu zənginliyi və əlvanlığı gələcək nəsillərə çatdırmaq hər birimizin vətəndaşlıq borcudur.
Tədbirdə rayon Mədəniyyət evinin, Milax, Qazançı, Boyəhməd, Əlincə, Əbrəqunus, Bənəniyar, Kırna, Saltaq kənd mədəniyyət evi və klub müəssisələri folklor kollektivlərinin ifa etdiyi qədim rəqslər, yallılar, el deyimləri, bayatılar, şənlik-toy havaları, xalq oyun və tamaşaları iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Belə tədbirlərin muxtar respublikanın digər rayonlarında da keçirilməsi nəzərdə tutulub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar