İyulun 21-də Siyəzən rayon Mədəniyyət Mərkəzində "Xalçaçılıq sənətini yaşadaq" adlı dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Z.Qədirli açaraq 2010-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil olan Azərbaycan xalça sənətinin zəngin tarixi və ənənələrinin olduğunu bildirib.
Rayon İcra Hakimiyyətinin məsul işçisi Aqil Əbdulov, Mədəniyyət mərkəzinin müdiri Ziyadə Dadaşova müasir dövrdə xalçaçılığın inkişafından və təbliği məsələlərindən söz açıblar. Tanınmış xalçaçı, “Fəridə” MMC-nin rəhbəri Fəridə Mahmudova bu sahədə fəaliyyətindən, xidmətlərindən bəhs edib.
Tədbir diskussiya şəklində davam edib. Sonda Fəridə Mahmudovaya rayonun mədəni və ictimai həyatında fəal iştirak etdiyinə görə Mədəniyyət və Turizm şöbəsinin rəhbərliyi tərəfindən hədiyyə təqdim olunub.









Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar