Səyyar treninqə beş rayonun kitabxana və mədəniyyət müəssisələrinin işçiləri cəlb olunub

Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinin icrası ilə əlaqədar Azərbaycanda kitabxana işinin informasiya texnologiyaları əsasında yenidən qurulması, maddi və qeyri-maddi mədəni irsin yerlərdə qorunması, təbliği və bərpası, turizm infrastrukturunun inkişaf etdirilməsi məqsədilə səyyar seminar-treninqlər keçirir.
İyulun 26-da Şəki regional mərkəz olmaqla Zaqatala, Balakən, Oğuz və Qax rayonlarını əhatə edən kitabxana və mədəniyyət müəssisələri (klub müəssisələri) işçiləri üçün seminar başlanıb. Mərkəzin direktoru Ramazan Şabanov, Şəki Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri Mirvari Zeynalova tədbirin açılışında çıxış ediblər.
Seminar-treninq “Kitabxana işinin təşkilində innovasiyaların tətbiqi”, “Azərbaycan mədəniyyətinin və xalq yaradıcılığının dəstəklənməsində, mədəni irsin qorunmasında mədəniyyət mərkəzinin rolu” mövzularına həsr olunub.
Səyyar treninqdə əhatə olunan rayonlar üzrə 55 nəfər kitabxana, 49 nəfər mədəniyyət mərkəzləri və klub müəssisələri işçiləri iştirak edir. Treninqi əhatə edən mövzular “Mədəniyyət haqqında” qanundan irəli gələn məsələləri əhatə edir. Yerlərdə maddi və qeyri-maddi mədəni irsin qorunması və bərpası, turizmin inkişaf məsələləri, kitabxana işinin təşkilində informasiya texnologiyalarının tətbiqi, yeni avtomatlaşdırılmış kitabxana informasiya sistemi (ALİSA) seminar treninqin əsas müzakirə məsələlərindəndir. Mərkəzin, habelə Milli Kitabxananın, BDU-nun, ADMİU-nun, Ədliyyə Akademiyasının əməkdaşlarının keçdiyi treninqlər 30 iyul tarixinə qədər davam edəcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar