Xəbər verdiyimiz kimi, iyulun 15-də Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Milli Kitabxanasının birgə layihəsi əsasında yaradılan “Açıq kitabxana” layihəsinin təqdimatı keçirilib. Layihə üzrə Milli Kitabxananın bağçasında 24 saat açıq olan sərbəst mütaliə guşəsi yaradılıb. Layihə digər kitabxanalarda, eləcə də bölgələrdə də tətbiq olunmaqdadır.
Beyləqan Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşəbbüsü və rayon MKS-nin təşkilatçılığı ilə Mədəniyyət və istirahət parkında açıq kitabxananın təqdimatı olub.
Şöbə müdiri Nazim Mirzəyev tədbiri açaraq bildirib ki, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Milli Kitabxanasının layihəsi əsasında yaradılan açıq kitabxana əhali arasında kitabların təbliği və kitabxanalara oxucuların cəlb edilməsi üçün əvəzsiz rol oynayacaq. MKS-nin direktoru Gültəkin Məmmədova yeni layihənin əhəmiyyətindən danışıb, açıq kitabxanada yaradılan guşələr haqqında məlumat verib.
Rayon Mədəniyyət mərkəzinin nəzdində fəaliyyət göstərən "Araz" ədəbi birliyinin sədri, yazıçı-tədqiqatçı Asif Cəfərli, “Beyləqan” qəzetinin baş redaktoru Elman İsrafiloğlu çıxış edərək yeni layihəni yüksək qiymətləndiriblər.
* * *
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında da “MEK - açıq kitabxana” layihəsinə başlanılıb. MEK-dən bildiriblər ki, kitabxananın mübadilə fondundan 100-dən çox kitab ayrılıb və açıq kitabxanaya yerləşdirilib.
Layihə çərçivəsində oxucular və MEK-in əməkdaşları mütaliə etdikləri əsəri kitabxanaya bağışlaya və oxumadığı kitabları isə aparıb oxuya bilərlər. Bununla da iştirakçılar şəxsi kitabxanalarındakı kitabların digər insanlar tərəfindən də mütaliəsinə şərait yaratmış olurlar.










Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar