İyulun 27-də Qazax rayon MKS-nin Alpoud kənd kitabxana filialı “Yay məktəbi” layihəsində gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə həsr olunmuş “Vətən torpağı bizi gözləyir” adlı şeir saatı təşkil edib.
Kənd orta məktəbinin həyətində keçirilən tədbirdə sakinlər, kitabxananın fəal oxucuları iştirak ediblər. Kənd sakini Nüşabə Qurbanova, kitabxana filialının müdiri Firəngiz Nəsibova çıxış edərək insanı ana torpağına, dilinə və adət-ənənələrinə dərindən bağlayan vətənpərvərlik hislərindən söz açıblar. Vurğulanıb ki, biz şanlı tariximizlə, əfsanəvi qəhrəmanlarımızla, igid və cəsur sərkərdələrimizlə həmişə fəxr edirik.
Tədbirdə fəal oxucular vətənpərvərlik mövzusuna həsr olunmuş şeirlər söyləyib, “Vətən torpağı bizi gözləyir” adlı sərgiyə baxıblar.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar