Gənclərin multikulturalizm layihəsi

“Gəncə-2016: Avropa Gənclər Paytaxtı” ili çərçivəsində “Odlar Yurdu” Gənclər İctimai Birliyinin icra etdiyi "Gələcək vəd edən həqiqətlər: gənclər və multikulturalizm" adlı layihəyə yekun vurulub.
Prezident yanında Gənclər Fondunun dəstəyi, şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən layihədə respublikanın müxtəlif bölgələrindən gənclər iştirak ediblər.
Layihə iştirakçıları qədim Gəncə ilə tanış olub, İmamzadə dini kompleksini ziyarət edib, muzeylərə və tarixi məkanlara səfər ediblər.
Gənclər seminarlara qatılıb, multikultural dəyərlərə həsr olunan çalışmalar icra edib, mövzu üzrə mühazirələr dinləyiblər.
İctimai birliyin sədri Nigar Ələsgərova bildirib ki, multikulturalizmin Azərbaycan modelinin gənclərə öyrədilməsi, həmçinin gəncləri bu mövzuda maarifləndirmək, onlara vətənpərvərlik, tolerantlıq, humanizm kimi ali dəyərləri aşılamaq məqsədi daşıyan layihə iştirakçılarda böyük maraq doğurub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar