Şahbuz şəhərində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə istedadlı qadınların əl işlərindən ibarət satış-sərgi keçirilib.
Dövlət komitəsinin sədri Ramilə Seyidova, İcra Hakimiyyətinin başçısı Nurəddin Quliyev çıxış edərək tədbirin əhəmiyyətindən söz açıblar.
Vurğulanıb ki, sərgi-satışın təşkil edilməsində məqsəd bu rayon üzrə qadınların istedad və bacarıqlarını üzə çıxarmaq, milli dəyərlərimizi, adət-ənənələrimizi gənclərə aşılamaqdır. Cari ildə muxtar respublikanın bütün rayon mərkəzlərində bu səpkidə sərgilərin keçirilməsi nəzərdə tutulub.
Sərgi-satışda rayon üzrə 65 istedadlı qadının 500-dən çox rəsm və əl işinin satışı təşkil olunub. Sulu və yağlı boya ilə işlənən tablolarla yanaşı, milli geyimlər, toxuculuq və bir-birindən maraqlı dekorativ-tətbiqi sənət nümunələri maraqla qarşılanıb. İstedadlı xanımlardan Turanə Baxşəliyeva, Elnarə Qəmbərova, Reyhanə Rəhimova və başqaları qadınlara göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar