Qəbələ rayonundakı N saylı hərbi hissədə Azərbaycanın Milli Qəhrəmanı, şəhid batalyon komandiri, mayor Əliyar Əliyev (1957-1992) haqqında “Yaddaş” studiyasında çəkilmiş “Pəhləvan komandir” sənədli filminin (rejissor - Nizami Abbas) təqdimatı olub.
Milli Qəhrəmanın həyat və döyüş yoluna həsr edilmiş “Dağlar oğlu” kitabının müəllifi, yazıçı-publisist Hacı Nərimanoğlu çıxış edərək igid komandir, məşqçi və güləşçi, idman ustası Əliyar Əliyev haqqında xatirələrini danışıb.
Qeyd olunub ki, Qubadlı rayonunda anadan olan Əliyar Əliyevin 1991-1992-ci illərdə doğma rayonuna Ermənistan tərəfdən hücumların qarşısının alınmasında böyük şücaət göstərib. O, rayonda tanınmış idmançı, pəhləvan, Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyəti rayon şurasının sədri idi, başçılıq etdiyi könüllülər taborunun əksər üzvləri də idmançı gənclərdən ibarət idi. İgid komandir 1992-ci il oktyabrın 3-də Laçın uğrunda döyüşlərdə (“Tikanlı zəmi” yüksəkliyi) həlak olub.
Filmin nümayişindən sonra çıxış edən əsgər və zabitlər Əliyar Əliyev kimi qəhrəmanları özlərinə örnək saydıqlarını, belə tədbirlərin hərbi-vətənpərvərlik, mənəvi ruhun gücləndirilməsində mühüm rolundan danışıblar.
Hərbi hissə komandanlığı tədbirin təşkilinə verdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına təşəkkürünü bildirib.
“Pəhləvan komandir” adlı sənədli filmin diskləri və “Dağlar oğlu” kitabının nüsxələri hərbi hissənin kitabxanasına, əsgər və zabitlərə hədiyyə edilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar