Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi ilə “EkoSfera” Ekoloji-Sosial Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində Quba rayonunda təşkil edilən yay düşərgəsi başa çatıb.
12 gün davam edən düşərgədə Bakı şəhəri üzrə nazirliyin tabeliyindəki pilot ümumi təhsil məktəblərində fəaliyyət göstərən “Ekoklub”lardan 30 məktəbli iştirak edib.
Düşərgənin əsas məqsədi şagirdlər üçün uzunmüddətli istirahət və tematik yönlü xüsusi proqramların hazırlanmasıdır.
Yay düşərgəsində almaniyalı tələbələr öz təcrübələrini bölüşüb, alman və ingilis dillərində treninqlər keçiblər. Məktəblilər üçün ətraf mühit üzrə tematik, istirahət və yaradıcılıq məşğələləri, ekskursiyalar da təşkil olunub.
“Tusi Bohm” Planetarium tərəfindən təqdim olunan teleskop vasitəsilə gənc ekoloqlar qalaktikanı müşahidə ediblər.
Quba meşələrinə ekskursiyalar zamanı düşərgə iştirakçıları təbiət qoynundakı praktik məşğələlərdə ekosistem əlaqələrini və biomüxtəlifliyi öyrənmək məqsədilə ekoloji tədqiqatlar aparıb, təbii əlamətlərə əsasən istiqaməti və müxtəlif heyvanların izlərini təyin edib, flora və fauna haqqında treninqlərə qatılıblar.
İstirahətin sonunda “Düşərgənin ən yaxşı ekoloqu” müsabiqəsinin və idman yarışlarının qaliblərinə diplom və hədiyyələr təqdim olunub.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar