“Gəncə-2016 Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində Gənclər və İdman Nazirliyinin və şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Azərbaycan Skautlar Assosiasiyası tərəfindən təşkil edilən "Wonderland Azərbaycan-2016" adlı beynəlxalq skaut düşərgəsi başa çatıb.
Düşərgə müddətində skautlar qeyri-adi vəziyyətlərdən çıxış üsullarını, dağçılıq və sair idman sahələrinin müasir avadanlıqlarından istifadə, yaralıya ilk tibbi yardım göstərmək qaydalarını öyrənib, pionerinq, atıcılıq, atçılıq, səmti müəyyən etmə, oxatma, trekkinq, maneələr zolağı, idman oyunlarında güclərini sınayıb, Göygöl və Maralgölə yürüşlərdə, "Gəncə macəraları" şəhər turunda iştirak ediblər.
Düşərgədə fəaliyyətlər yaş qruplarına uyğun olaraq əvvəlcədən planlaşdırılmış proqram üzrə həyata keçirilib və iştirakçılar liderlik, nizam-intizamlılıq, özünüifadə və vətənpərvərlik kimi keyfiyyətləri əldə ediblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar