Quba rayon MKS-nin təşkilatçılığı ilə Bəşir Səfəroğlu adına Mədəniyyət mərkəzinin qarşısında iyulun 25-də “Mütaliə həftəsi” başlanıb.
MKS-nin direktoru Saməddin Nəsirov, tarixçi alim, professor Şahin Fazil, şair və yazıçılardan Cabir Albantürk, Rahim Hüseynov və başqaları çıxış edərək mütaliənin əhəmiyyətindən danışıblar.
Tədbirdə “Müstəqilliyimiz əbədidir”, “Doğma Qarabağım”, “Multikulturalizm ili”, “Kitabxanalarımız bu gün”, “Müasir Quba yazarları” və s. başlıqlı sərgilər nümayiş olunub. “Nizami Gəncəvi-875”, “Səməd Vurğun-110”, “Əli Kərim-85”, “Nəriman Həsənzadə-85”, “Fyodor Dostoyevski-195”, “Süleyman Rüstəm-110” mövzulu sərgilərdə bu şair və yazıçıların kitabları təqdim edilib. Sərgidə son illər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin fonduna daxil olmuş yeni kitablarla yanaşı minə yaxın ədəbiyyat, eləcə də dövri nəşrlər nümayiş etdirilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar