Azərbaycan dili xalqımızın milli mənəvi sərvəti, onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Bu fikir 1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə Zaqatalada keçirilən tədbirdə səsləndirilib.
Mərkəzi kitabxananın təşkilatçılığı ilə şəhərdəki Dədə Qorqud meydanında keçirilən tədbirdə ziyalılar, kitabxana işçiləri və gənclər iştirak ediblər.
Çıxışlarda vurğulanıb ki, zəngin söz ehtiyatına, gözəl ahəngə malik ana dilimiz ulu babalardan xalqımıza miras qalmış qiymətli sərvətdir. Azərbaycan dilinin dövlət dili kimi işlədilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən söz açılıb, ulu öndərin 2001-ci ildə imzaladığı fərmanla 1 avqustun Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunmasının əhəmiyyəti qeyd edilib.
Sonda kitabxananın oxucularının ifasında ana dilimizə həsr olunan şeirlər söylənilib.
* * *
Zərdab rayon Mərkəzi kitabxanasında da Azərbaycan dili və Azərbaycan əlifbası günü ilə əlaqədar "Dilimiz mənəvi varlığımızdır" adlı tədbir keçirilib.
MKS-nin direktoru Nailə Əliyeva Azərbaycan dilinin hərtərəfli inkişafına, onun rəsmi dövlət dilinə çevrilməsinə, zənginləşərək nüfuz qazanmasına böyük önəm vermiş ulu öndər Heydər Əliyevin bu sahədə siyasətindən bəhs edib.
Oxuculara xidmət şöbəsinin müdiri Mehparə Səfərəliyeva "Heydər Əliyev və Azərbaycan dili" mövzusunda məruzə ilə çıxış edib.
Çıxışlardan sonra kitabxananın fəal oxucuları Bəxtiyar Vahabzadə, Əli Tudə və başqa şairlərin dil haqqında şeirlərini səsləndiriblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar