Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi tərəfindən Şəkidə klub və kitabxana müəssisələri işçiləri üçün təşkil olunan seminar-treninq başa çatıb. İyulun 26-dan 30-dək davam edən seminar-treninqdə Şəki, Balakən, Zaqatala, Qax və Oğuz rayonlarından mədəniyyət işçiləri iştirak edib.
Milli Kitabxana, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Ədliyyə Akademiyası əməkdaşlarının keçdiyi treninqlər “Kitabxana işinin təşkilində innovasiyaların tətbiqi” və “Azərbaycan mədəniyyətinin və xalq yaradıcılığının dəstəklənməsində, mədəni irsin qorunmasında mədəniyyət mərkəzinin rolu” mövzularına həsr olunub.
120 nəfərdən çox mədəniyyət işçisinin qatıldığı tədbirdə klub və kitabxana işinin müxtəlif sahələri üzrə aparılan müzakirə və diskussiyalar iştirakçılar tərəfindən maraqla qarşılanıb.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar