2016-cı ilin “Multikulturalizm ili” elan olunması ilə bağlı Lənkəran Turizm İnformasiya Mərkəzi və şəhər Mərkəzi kitabxanasının təşkilatçılığı ilə avqustun 12-də sərgi keçirilib. Kitabxananın qarşısında, açıq havada təşkil olunan tədbirdə Lənkəran TİM-in direktoru İlqar Əzimov, MKS-nin direktoru Nuranə Nəsirova çıxış edərək mədəniyyət və turizm müəssisələrinin birgə fəaliyyəti, turizm məqsədli təşviqatda mədəniyyət ocaqlarının rolu barədə danışıblar.
Sərgidə diyarşünaslığa, adət-ənənələrimizə həsr olunmuş kitablar, xalq sənətkarlığı nümunələri yer alıb. Eyni zamanda Lənkəranın turizm potensialını təbliğ edən çap məhsulları və reklam çarxı nümayiş olunub.
Mərkəzi kitabxana və Lənkəran Turizm İnformasiya Mərkəzinin layihəsi üzrə yerli sənətkarlığı daha geniş auditoriyaya təbliğ etmək məqsədilə iki həftə ərzində kitabxanada sənətkarlıq sərgisi nümayiş etdiriləcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar