Naxçıvan Muxtar Respublikası ərazisində fərqli turizm məkanlarının fəaliyyətə başlaması insanların istirahətinin daha səmərəli təşkilinə zəmin yaradır.
Yerli sakinlərin, eləcə də bu qədim diyara yolu düşən qonaqların üz tutduğu ünvanlardan biri də Naxçıvan şəhəri yaxınlığında yerləşən Uzunoba Su Anbarında yaradılan çimərlikdir. 2014-cü ildə istifadəyə verilən çimərlik su mənbələrinin azlığı və quru kontinental iqlimə malik olması ilə seçilən Naxçıvanda bu istirahət növünə olan ehtiyacın ödənilməsində mühüm rol oynayır.
Çimərliyin ümumi sahəsi 14 min 850 kvadratmetrdir. Burada həm böyüklər, həm də uşaqlar üçün çimərlik sahələri nəzərdə tutulub. Uşaqlar üçün çimərliyin uzunluğu 30 metr, eni 15 metr, dərinliyi isə 70 santimetrdən 120 santimetrədəkdir. Böyüklər üçün zolağın uzunluğu isə 255 metr, eni 20 metrdir. Dərinlik 2-4 metr arasında dəyişir. Suyun üzərində çimərlik sərhədinin qurtardığını bildirən qadağanedici nişanlar qoyulub. Bundan əlavə, çimərliyə gələnlər üçün burada hərtərəfli şərait yaradılıb. Sahilboyu günlüklər qoyulub, duş kabinələri fəaliyyət göstərir. Çimərlik istirahət zonasında su motosikletləri, velosipedlər, futbol və voleybol meydançaları da istirahətə gələnlərin ixtiyarındadır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar