Ağcabədi şəhərində Bayraq meydanının ərazisində Bayraq muzeyinin inşası başa çatıb.
Ərazisi 0,81 hektar olan meydanda inşa olunan muzeyin tikinti sahəsi 588 kvadratmetrdir. Müasir memarlıq üslubunda tikilən ikimərtəbəli muzey binası ekspozisiya, konfrans və iclas zallarından, inzibati otaqlardan ibarətdir.
Muzeyin ərazisində abadlıq işləri aparılıb, su hovuzu və fəvvarə tikilib, işıqlandırma sistemi qurulub, yaşıllıqlar salınıb. Bayraq muzeyinin yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur.
Burada müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların bərpa edilmiş bayraqları, həmçinin bayraqların uc elementləri, gerblər və sair eksponatlar sərgilənəcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar