Naxçıvan Dövlət Rəsm Qalereyasının fondunda 70-dən çox rəssamın 400-ə yaxın rəsm əsəri mühafizə olunur. Onlardan 80-i ekspozisiya zalında sərgilənir.
Sərginin birinci guşəsində ulu öndər Heydər Əliyevə həsr edilmiş rəsm əsərləri diqqəti cəlb edir. İkinci guşə tarix-mədəniyyət abidələrinə həsr edilib. Naxçıvanın füsunkar gözəlliklərini əks etdirən və mənzərə janrında çəkilmiş əsərlər üçüncü guşədə sərgilənir. Xalça Muzeyi tərəfindən hədiyyə edilən, XX əsrə məxsus rəngli saplarla toxunmuş xalçalar da ekspozisiyaya gözəllik bəxş edir.
Qalereyada 2012-ci ildən başlayaraq Naxçıvanda keçirilən “Naxçıvan - bəşəriyyətin beşiyi” adlı beynəlxalq rəsm festivallarında iştirak edən xarici ölkə rəssamlarının hədiyyə etdikləri əsərlər də yer alıb.
Yerli sakinlərlə yanaşı, Naxçıvana ölkəmizin digər bölgələrindən üz tutan qonaqlar, eləcə də xarici ölkələrdən turistlər də qalereyanı həvəslə ziyarət edirlər.
Qonaqlar “Möminə xatın”, “Naxçıvan abidələri”, “Qarabağlar türbəsi”, “Yusif Küseyir oğlu türbəsi”, “İmamzadə” və digər rəsm əsərlərinə maraqla baxırlar.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar