Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzi və Kəngərli Rayon Mədəniyyət və Turizm Şöbəsinin birgə təşkilatçılığı ilə rayonda keçirilən Xalq yaradıcılığı günü böyük maraqla qarşılanıb.
Mədəniyyət və Turizm şöbəsinin müdiri Məhərrəm Əliyev, Elmi-Metodik Mərkəzin Xalq yaradıcılığı şöbəsinin müdiri Məmməd Məmmədov muxtar respublikada milli dəyərlərin qorunub saxlanılması, təbliği istiqamətində reallaşdırılan tədbirlərin əhəmiyyətindən söz açıblar.
Qeyd edilib ki, Kəngərli rayonunda folklorumuzun, xalçaçılıq və tikmə sənətlərinin, xalq rəqs və oyunlarının yaşadılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.
Tədbir iştirakçıları Fikrət Babayevin rayonun tarixi abidələrini və təbiətini əks etdirən rəsm əsərləri ilə tanış olublar. Ramiz Şükürovun taxtadan düzəltdiyi müxtəlif maketlər, Aynur Bağırovanın toxuculuq və tikmə işləri də maraqla qarşılanıb.
“Gülümey” folklor qrupunun ifa etdiyi xalq deyimləri, “Sarı gəlin” yallı kollektivinin ifasında “Tənzərə”, “Tello”, “Köçəri” rəqsləri iştirakçılara xoş ovqat bəxş edib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar