Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyində muxtar respublikada fəaliyyət göstərən muzeylərin bələdçiləri üçün seminar-treninq təşkil edilib.
Seminar-treninqdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Aparatının mədəni irs və muzey işi üzrə baş məsləhətçisi Qumral Məmiyeva “Muzey bələdçisinin davranış qaydaları” mövzusunda çıxış edib.
Qeyd olunub ki, ötən ildən başlayaraq muzey bələdçiləri üçün muxtar respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən muzeylərdə seminar-treninqlər keçirilir. Bu tədbirlərin məqsədi ekskursiya işinin təşkili ilə bağlı mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması, muzey bələdçilərinin nəzəri və praktik səviyyəsinin yüksəldilməsidir.
Diqqətə çatdırılıb ki, muzeylərin hazırlıqlı, bilikli, xarici dilləri bilən bələdçilərlə təmin edilməsi vacib məsələlərdəndir. Bələdçilər muzeyə gələnlərdə xoş təəssürat yaratmalıdır.
Tədbir iştirakçılarına “Muzey işinin peşə etikası kodeksi” haqqında da məlumat verilib. Muzey sahəsi, muzey personalı, kolleksiyaların artırılması prinsipləri, eksponatların alınmasında hüquqi normalar, kolleksiyalara qayğı və s. məsələlərdən söhbət açılıb.
Sonda Dövlət Bayrağı Muzeyinin ekspozisiyasına baxış olub və ekskursiyanın müzakirəsi keçirilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar