Qazax şəhərindəki Ədəbiyyat muzeyində Azərbaycanın görkəmli şairi Molla Pənah Vaqif poeziya günləri çərçivəsində tədbir keçirilib.
İştirakçılar əvvəlcə Molla Vəli Vidadinin və Molla Pənah Vaqifin Mütəfəkkirlər parkındakı heykəllərini ziyarət ediblər.
Tədbiri Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal açaraq Vaqif poeziya günləri barədə məlumat verib.
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Vaqif yaradıcılığı barədə məruzə ilə çıxış edib. Qeyd olunub ki, Vaqif Azərbaycan ədəbiyyatında xalq poeziyası ilə əruz vəznli şeirimiz arasında möhkəm körpü salıb. O, Azərbaycan ədəbi dilini elə cilalayıb ki, özündən sonra gələn XIX əsr şairləri üçün yeni cığır açıb, ədəbi məktəb yaradıb.
Sonra şairlər çıxış edib, Vaqifə həsr etdikləri şeirlərini söyləyiblər. Şairin şeirləri müxtəlif saz havaları üstündə oxunub.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar