Sentyabrın 21-i Beynəlxalq Sülh Günü kimi qeyd olunur. Bununla əlaqədar hər il ənənəvi olaraq avqustun 21-dən sentyabrın 21-dək respublikamızda “Sülh aylığı” keçirilir.
Beyləqan rayon Mədəniyyət mərkəzində “Dünyaya sülh” mövzusunda tədbir və kitab sərgisi təşkil edilib. Tədbirdə çıxış edənlər bildiriblər ki, aylıq çərçivəsində keçirilən tədbirlər ölkəmizdə insan hüquqlarının təbliğinə, hüquq mədəniyyətinin inkişaf etdirilməsinə töhfə verir.
Qeyd olunub ki, sentyabrın 21-dək rayonun kitabxanalarında, uşaq bağçaları və ümumtəhsil məktəblərində mövzu ilə bağlı tədbirlər, kitab və rəsm sərgiləri keçiriləcək.
* * *
“Sülh aylığı” ilə əlaqədar Qax rayon C.Cabbarlı adına Mərkəzi kitabxanası tərəfindən “Bəşəriyyətə sülh gərəkdir” adlı məktəbli oxucular arasında asfaltüstü rəsm müsabiqəsi keçirilib.
Rayon ağsaqqalı A.Aşurov uşaqlara aydın səma arzulayıb, onları bilikli, savadlı olmağa səsləyib. Kitabxananın fəal oxucusu, tələbə Nəzrin Nəsimiqızı müsabiqəyə “Sülh göyərçini” rəsmini hədiyyə edib.
Tədbir iştirakçılarına kitabxana tərəfindən hədiyyələr təqdim olunub. Həvəskar oxucuların “Müharibəyə yox deyirik!” mövzusunda rəsmləri sərgilənib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar