Ağdaş rayon MKS-nin oxu zalında “Sülh aylığı” ilə əlaqədar tədbir keçirilib. MKS-nin direktoru Seyfəddin Feyzullayev, Oxuculara xidmət şöbəsinin müdiri Müşərrəf Alıyeva Beynəlxalq Sülh Günü haqqında məlumat veriblər.
Bildirilib ki, BMT Baş Assambleyası 1981-ci ildə 21 sentyabrın Beynəlxalq Sülh Günü kimi qeyd olunması barədə qətnamə qəbul edib. Azərbaycan Respublikası Ombudsmanının qərarı ilə əlamətdar gün ölkəmizdə “Sülh aylığı” (21 avqust - 21 sentyabr) kimi qeyd olunur.
Sonra sülh mövzusunda təşkil edilmiş sərgi nümayiş olunub, video-çarx təqdim edilib.
* * *
“Sülh aylığı” çərçivəsində Zaqatalada Heydər Əliyev Mərkəzi və rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə “Qoy həmişə sülh olsun!” adlı tədbir keçirilib.
Tədbirdə vurğulanıb ki, beynəlxalq təqvimdəki bu əlamətdar günün yaranma səbəbi sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, amansız müharibələrin, hər cür zorakılığın dayandırılması, bəşəriyyətin daim sülh içərisində yaşama arzusudur. Qeyd olunub ki, dünyanın ən tolerant ölkələrindən olan Azərbaycanda hər kəsin ən böyük istəyi sülh və əmin-amanlıq şəraitində yaşamaqdır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar