Tərtər rayon sakini Aybəniz Məmmədova məişət tullantılarının atıldığı yerdən kilim tapıb. Tərtər Tarix-Diyarşünaslıq Muzeyində bərpaçı işləyən Aybəniz Məmmədova qədim əşyanı işlədiyi müəssisəyə təhvil verib.
Yaşlı nəslin nümayəndələrinin sözlərinə görə, kilimin tarixi qədimdir. Onun “Qarabağ” çeşnisi üzərində toxunduğu bildirilir.
Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Gündüz Mürsəlov bildirib ki, incə toxunuşlu naxışların əks olunduğu tarixi əşya artıq Tarix-diyarşünaslıq muzeyində eksponat kimi siyahıya daxil edilib.

Lalə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar