Sentyabrın 16-da Şamaxı Olimpiya Mərkəzində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin təşkilatçılığı ilə regional mədəniyyət və turizm müəssisələrində çalışan, 35 yaşa qədər olan gənc mədəniyyət işçiləri arasında mini futbol yarışı keçirilib.
Respublikanın 40-dan çox rayonunu təmsil edən gənc mədəniyyət işçiləri 8 regional komandaya bölünüb.
Tədbirin açılışında Mərkəzin direktoru Asif Usubəliyev bildirib ki, gənc mədəniyyət işçilərinin ilk kubokunun keçirilməsinin məqsədi mədəniyyət və idmanın sintezi çərçivəsində sağlam həyat tərzinin təbliği, müxtəlif rayonların mədəniyyət müəssisələrində çalışan gənc mədəniyyət işçilərinin fəaliyyətinin stimullaşdırılması, onlar arasında sıx yoldaşlıq əlaqələrinin yaradılmasıdır.
Yarışmanın finalında "Sabir" və "Xətai" komandaları üz-üzə gəlib. "Sabir" komandası 4-1 hesabla qalib gələrək "MEMM kuboku”nun sahibi olub.
Təltifetmə mərasimində qaliblərə kubok və medallarla yanaşı təşkilatçı tərəfindən hədiyyələr verilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar